Tramp Nyu-York qubernatorunu tənqid etdi
ABŞ prezidenti Donald Tramp Nyu-York ştatının qubernatoru Keti Hoxulu Kanada tərəfini dəstəkləməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Trampın narazılığı Hoxulun Ontari gölünün ABŞ-da “Amerika gölü” adlandırılmasını qəbul etməməsi ilə bağlıdır. ABŞ prezidenti qubernatorun mövqeyini Kanadanı dəstəkləmək kimi qiymətləndirib.
Tramp həmçinin Nyu-York qubernatoru vəzifəsinə namizəd Brüs Blakmanı dəstəklədiyini açıqlayıb və Keti Hoxulu sərt ifadələrlə tənqid edib.
16:26 29.08.2026
Oxunuş sayı: 51