Suriyada şagirdlərin Dəməşqə imtahana getməsinə maneə yaradılıb
Suriyanın Əs-Süveyda əyalətində silahlı qruplaşmaların şagirdlərin orta məktəb və lisey imtahanlarında iştirak etmək üçün Dəməşqə getməsinə mane olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Suriyanın dövlət televiziyası “Al-Ikhbariya” bu barədə məlumat yayıb.
Məlumata görə, druz liderlərindən Hikmət əl-Hicri ilə əlaqəli silahlı qruplaşmalar Əs-Süveydanın şimalındakı Metunə keçid məntəqəsində şagirdlərin paytaxta yola düşməsinə imkan verməyib.
Məlumatda sözügedən silahlı qrupların İsrail tərəfindən dəstəkləndiyi iddia olunur.
Təhlükəsizlik qüvvələri, Mülki Müdafiə və Suriya Qızıl Aypara Cəmiyyəti şagirdlərin keçidinin təmin olunması üçün tədbirlər görüb.
15:55 29.08.2026
Oxunuş sayı: 54