Piter Heqset 2028-ci ildə prezidentliyə namizəd olmaq istəyir
ABŞ-nin müharibə naziri Piter Heqset 2028-ci ildə prezident seçkilərində namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “NBC News Network” eksklüziv reportajında bu barədə məlumat yayıb.
Məlumata görə, Heqset özəl çevrələrdə 2028-ci ildə ABŞ prezidentliyinə namizəd olmaq ehtimalını gündəmə gətirib.
Onun seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
13:46 29.08.2026
Oxunuş sayı: 49