ABŞ Böyük Britaniyanı hədələdi
ABŞ Böyük Britaniyaya müdafiə xərclərini artırmadığı təqdirdə Folklend adaları üzərində suverenliyinə dəstəyini yenidən nəzərdən keçirə biləcəyi mesajını verib.
Crossmedia.az xəbər verir ki, “The Daily Telegraph” mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Pentaqonun nümayəndələri Londona hərbi xərclərin artırılmasının vacibliyini çatdırıblar. Əks halda Böyük Britaniyanın adalar üzərində suverenliyinə ABŞ-nin dəstəyini itirmək riski ilə üzləşə biləcəyi bildirilib.
Bu addım ABŞ-nin NATO müttəfiqi olan Böyük Britaniyanı müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağa təşviq etmək üçün nəzərdən keçirdiyi tədbirlərdən biri kimi qiymətləndirilir.
12:07 29.08.2026
Oxunuş sayı: 56