Məmməd Əhmədzadə etimadnaməsini Niderland XİN-ə təqdim edib
Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Pyer Kartuvelsə təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə M. Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.
"Bu gün mən Etimadnaməmin surətini Belçika Krallığının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi, səfir Pyer Kartuvelsə təqdim etdim. Səmimi qəbula və məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Azərbaycan və Belçika arasında əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm", - paylaşımda bildirilib.
Xatırladaq ki, M. Əhmədzadə avqustun 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

22:16 28.08.2026
Oxunuş sayı: 50