Namibiyada Qəhrəmanlar Günü qeyd olunur
Namibiyada 26 avqust ölkənin müstəqilliyi uğrunda mübarizə aparanların xatirəsinə həsr olunmuş Qəhrəmanlar Günü kimi qeyd edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Namibiya mediası məlumat yayıb.
Bu tarix 1966-cı il avqustun 26-da Omuguluqvombaşedə Namibiyanın Xalq Azadlıq Ordusunun (PLAN) döyüşçüləri ilə Cənubi Afrika qüvvələri arasında baş vermiş qarşıdurma ilə əlaqələndirilir. Namibiyada həmin hadisə Cənubi Afrikanın idarəçiliyinə qarşı silahlı mübarizənin başlanğıcı hesab olunur.
Müstəqillik uğrunda müharibə daha 12 il davam edib. Namibiya 21 mart 1990-cı ildə müstəqilliyini əldə edib.
Paytaxt Vindhukda ölkənin milli qəhrəmanlarına həsr olunmuş Heroes’ Acre memorial kompleksi də yerləşir. Kompleks 26 avqust 2002-ci ildə Namibiyanın ilk prezidenti Sem Nuyoma tərəfindən açılıb.
16:41 28.08.2026
Oxunuş sayı: 45