Tramp Çin banklarına sanksiya mesajı verdi
ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Trampdan Vaşinqtonun İranla biznes əlaqələri saxlayan Çin banklarına niyə sanksiya tətbiq etmədiyi soruşulub.
ABŞ Prezidenti isə buna cavab olaraq bildirib ki, belə tədbirlərin görülmədiyini demək üçün əsas yoxdur.
“Bunu etmədiyimi kim deyib? Siz bunu edib-etmədiyimi bilmirsiniz. Mən hər şeyi elan etməli deyiləm”, – Tramp deyib.
11:44 28.08.2026
Oxunuş sayı: 55