Rusiyada bir gündə 39 PUA vurulub
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Rusiya ərazisi üzərində, eləcə də Qara və Azov dənizlərinin akvatoriyasında 39 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Nazirlik bildirib ki, PUA-lar Rusiyanın müxtəlif bölgələri üzərində və dəniz akvatoriyalarında zərərsizləşdirilib.
23:59 27.08.2026
Oxunuş sayı: 53