ABŞ Çinə qarşı geri addım atıb
Çin İrandan gündəlik təxminən 1,2 milyon barel neft almağa davam edir.
Crossmedia.az xəbər verir ki, “The New York Times”ın məlumatına görə, Çinin İrandan aldığı neftin həcmi ötən illə müqayisədə demək olar ki, dəyişməyib.
Bununla yanaşı, Vaşinqton Çinin iri bank və maliyyə institutlarına qarşı sanksiyalar tətbiq etməkdən çəkinir. Nəşr bunu ABŞ-nin Çinlə münasibətlərdə riskə getmək və iki ölkə arasında mövcud kövrək atəşkəsi zəiflətmək istəməməsi ilə əlaqələndirir.
19:39 27.08.2026
Oxunuş sayı: 39