İsrail ordusu Sinvarın keçmiş mühafizəçisini öldürdü
İsrail ordusu Qəzza zolağının Xan Yunis bölgəsinə endirdiyi zərbə nəticəsində HƏMAS-ın öldürülmüş keçmiş lideri Yəhya Sinvarın mühafizəçisi olduğu bildirilən şəxsi məhv edib.
Crossmedia.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmisi bu barədə məlumat yayıb
Məlumata görə, zərbə nəticəsində Sinvarın mühafizəçisi olduğu bildirilən Sahil Süleyman Əbu Şahma öldürülüb. İsrail tərəfi onun 2023-cü il oktyabrın 7-də Rəim kibutsuna hücumda iştirak etdiyini iddia edib.
Həmçinin Xan Yunisdə həyata keçirilən digər zərbə zamanı HƏMAS üzvü Hazem Musa da öldürülüb. İsrail ordusu onun da Rəimə hücumda iştirak etdiyini bildirib.
17:24 27.08.2026
Oxunuş sayı: 51