Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub və gəmidə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu barədə məlumat yayıb.
UKMTO-nun məlumatına görə, yanğın sonradan söndürülüb. Gəmidəki bütün heyət təhlükəsiz vəziyyətdədir və itkin düşən yoxdur.
Hadisənin ekoloji fəsadlara səbəb olmadığı bildirilib. Yerli hakimiyyət orqanları insidentlə bağlı araşdırmaya başlayıb.
UKMTO bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmağı və şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
14:39 27.08.2026
Oxunuş sayı: 43