Tramp ABŞ-də enerji sistemi ilə bağlı fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti Donald Tramp ölkənin elektrik enerjisi sisteminin təhlükəsizliyinə yaranan təhdid səbəbilə fövqəladə vəziyyət elan edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu qərarla elektrik şəbəkələrində bir sıra xarici komponent və avadanlıqların istifadəsinə məhdudiyyətlər tətbiq edib.
Qərarın ABŞ-nin enerji infrastrukturunun mümkün xarici təhdidlərdən qorunmasına yönəldiyi bildirilir.
13:57 27.08.2026
Oxunuş sayı: 39