CROSSMEDIA - Kadırov azərbaycanlıları hədələyib
Gündəm

Kadırov azərbaycanlıları hədələyib

Çeçenistanın rəhbəri Ramzan Kadırov AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasına görə onu ittiham edən azərbaycanlıları hədələyib.

Crossmedia.az xəbər verir ki, bu ittihamlar ayrı-ayrı azərbaycanlılar tərəfindən Kadırovun Telegram kanalına yazılan şərhlərdə yer alıb.

Çeçenistanın rəhbəri həmin ittihamları belə cavablayıb:

“Əgər siz məni əsassız olaraq günahlandırır və təhqir edir, şərəf və ləyaqətimi alçaltmağa cəhd göstərirsinizsə, o zaman uca Allaha and olsun ki, mənim ailəmin şərəf və ləyaqətini qoruyacaq qanun yoxdur”.

Ramzan Kadırov daha sonra hədəsini belə davam etdirib:

“Hər şeydən istifadə edəcəm. Xalqımın, tayfamın, ailəmin və mənim şərəf və ləyaqətimi ləkələmək istəyənlərə heç vaxt təslim olmayacam. Mən hər şeyi edəcəyəm və sizə layiqli cavab verəcəyimə söz verirəm”.

10:28 29.12.2024

Oxunuş sayı: 3191

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR