CROSSMEDIA - Çexiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib
Gündəm

Çexiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib

Çexiya Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Crossmedia.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi qəzası barədə xəbəri dərin hüznlə qarşıladım. Əminəm ki, bu dəhşətli hadisəyə səbəb olan bütün hallar hərtərəfli araşdırılacaq.

Bu kədərli məqamda yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Çex Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

08:42 29.12.2024

Oxunuş sayı: 3105

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR