CROSSMEDIA - Rusiya vətəndaşlarının ölkədə qalma müddətini məhdudlaşdırmaq Azərbaycanın hüququdur – Rusiya XİN
Gündəm

Rusiya vətəndaşlarının ölkədə qalma müddətini məhdudlaşdırmaq Azərbaycanın hüququdur – Rusiya XİN

Azərbaycanın Rusiya vətəndaşlarının ölkədə müvəqqəti qalma müddəti ilə bağlı dəyişikliklər etməsi Bakının qanuni hüququdur.

Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Vedomosti” qəzetinə açıqlamasında bildirib.

28 dekabrda Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Rusiya vətəndaşlarının Azərbaycanda qalma qaydalarında dəyişiklik ediləcəyini qeyd edib. Onun sözlərinə görə, bu qərar Rusiya tərəfindən xarici vətəndaşlar üçün qəbul edilən yeni məhdudiyyətlərə qarşılıq olaraq “qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında” veriləcək.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən Rusiyada vizasız rejimlə qalan əcnəbilərin il ərzində ümumi qalma müddəti 90 günlə məhdudlaşdırılacaq. 
Gültac Mehdizadə 

08:40 29.12.2024

Oxunuş sayı: 4816

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR