Robert Köçəryanın oğlu Sedrak 2 aylıq həbs edildi
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Robert Köçəryan və oğlu Sedrak Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması və rüşvət alma ittihamları irəli sürülüb.
Bildirilir ki, saxlanıldıqdan sonra Robert Köçəryanın səhhəti pisləşib və o, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Keçmiş prezident barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə onun səhhəti normallaşdıqdan sonra baxılacağı bildirilir.
09:35 26.08.2026
Oxunuş sayı: 50