METRONUN İŞ REJİMİ dəyişdiriləcək
Bu axşam saat 20:45-də "Sabah"ın UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.
Crossmedia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında əlavə tədbirlər görüləcək. Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.
11:11 25.08.2026
Oxunuş sayı: 51