Paşinyan katolikosa hücum edib
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət proqramını Milli Assambleyada təqdim edərkən Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə qarşı sərt ittihamlar səsləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Paşinyan çıxışı zamanı katolikosu üç dəfə dünyəvi adı ilə – Ktrıç Nersisyan adlandırıb. O, II Qareqinin nikahdankənar qızının olduğunu iddia edib və onu əxlaqsız davranışda günahlandırıb.
“Zati-müqəddəsləriniz əxlaqsızdır. Zati-müqəddəslərinizin məşuqəsinin olması qüsurdur”, – deyə Paşinyan bildirib.
Baş nazir həmçinin onun tapşırığı ilə Erməni Apostol Kilsəsində dərin və sistemli böhranla bağlı rəsmi hesabat hazırlandığını açıqlayıb. Paşinyanın mövqeyinə görə, II Qaregin faktiki olaraq Kilsəni kanonik çərçivədən kənara çıxarıb.
Paşinyanın katolikosu dəfələrlə dünyəvi adı ilə çağırmasına etiraz edən “Güclü Ermənistan” müxalifət partiyasının deputatları əvvəlcə masaları döyüb, daha sonra nümayişkaranə şəkildə iclas zalını tərk ediblər.
19:05 24.08.2026
Oxunuş sayı: 53