Paşinyan İsraili “erməni soyqırımı” mövzusunda siyasi oyunlarda ittiham edib
Ermənistanın baş naziri Nikol Paşinyan İsrail hökumətini “erməni soyqırımı” mövzusundan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Nikol Paşinyan bu barədə açıqlama verib.
Paşinyan bildirib ki, İsrail hökuməti yaxın vaxtlarda “erməni soyqırımı”nı tanımaq prosesinə böyük qətiyyətlə başlayıb, daha sonra isə eyni qətiyyətlə bu prosesi dayandırıb.
“Beynəlxalq oyunçular şəhidlərimizin qalıqları üzərindən bir-birinə zərbə vururlar, lakin ağrı bizim başımızdadır”, – deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri qeyd edib ki, beynəlxalq aktorlar “şəhidlərinin sümüklərini silaha çevirir” və onlardan bir-birinə qarşı istifadə edirlər.
Paşinyanın sözlərinə görə, bu prosesin nəticəsində zərər çəkən tərəf Ermənistan olur. O, “erməni soyqırımı” mövzusundan siyasi alət kimi istifadə edilməsinə son qoyulmasının vacibliyini vurğulayıb.
17:36 24.08.2026
Oxunuş sayı: 42