Uittkoff və Kuşnerin Kiyevə səfəri təxirə salındı
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Kiyevə planlaşdırılan səfəri təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, səfərin təxirə salınmasına Kiyevə Rusiyanın raket və dron hücumlarının intensivləşməsi səbəb olub. Bildirilir ki, səfər ləğv edilməyib və başqa tarixə keçirilib.
Qeyd edək ki, Uittkoff və Kuşnerin Ukraynaya səfərinin əsas məqsədləri barədə əlavə məlumat verilməyib.
17:07 24.08.2026
Oxunuş sayı: 51