Tokayev kişilərin qucaqlaşıb öpüşməsini tənqid edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə sakinlərini “əsl ənənələrə” riayət etməyə çağırıb və insanların bir-birini qucaqlayıb öpməsini tənqid edib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə danışıb. Tokayev kişilərin bir-birini qucaqlayıb öpməsinin, qadın və kişilərin isə bu formada salamlaşmasının Qazaxıstan ənənələrinə uyğun olmadığını bildirib. Prezident xüsusilə hərbçilərin, o cümlədən generalların bir-birini qucaqlamasını da tənqid edib.
21:34 23.08.2026
Oxunuş sayı: 57