İndoneziyada yanğın: 120 ev məhv oldu
İndoneziyanın Sade turizm kəndində baş verən güclü yanğın nəticəsində təxminən 120 ənənəvi ev yanıb.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı yayılan məlumatda bu barədə bildirilib.
Məlumata görə, yanğın yaşayış məntəqəsinin mərkəzində yerləşən evlərdən birindən başlayıb və qısa müddətdə digər tikililərə yayılıb.
Kənddəki evlərin böyük hissəsinin ağac, bambuk və quru ot materiallarından tikildiyi bildirilir. Bu isə alovun sürətlə yayılmasına səbəb olub.
12:53 23.08.2026
Oxunuş sayı: 68