CROSSMEDIA - Embraer nümayəndələri Aktauya təhqiqat üçün gəliblər
Gündəm

Embraer nümayəndələri Aktauya təhqiqat üçün gəliblər

Braziliyalı Embraer təyyarə istehsalçısının nümayəndələri Aktauya gəliblər.

Bu barədə Crossmedia.az Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına əsasən yazır. 

“Hadisənin araşdırılması üzrə komissiya qəza yerində işlərin aparılmasını planlaşdırıb”, - deyə nazirlikdən bildirilib.

Yaxın günlərdə Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) nümayəndələrinin də gəlməsi gözlənilir.

Bundan sonra Qazaxıstan komissiyası xarici mütəxəssislərlə birgə qəzaya uğramış təyyarənin qara qutularının məlumatlarını deşifrə etməyə başlayacaq.

Gültac Mehdizadə

16:46 28.12.2024

Oxunuş sayı: 5300

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR