Çexiyadan uçan təyyarə Xorvatiyada qəzaya uğradı: 2 nəfər öldü
Çexiyadan uçan kiçik təyyarə Xorvatiyanın Zadar şəhəri yaxınlığında qəzaya uğrayıb və nəticədə iki nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “RTE” məlumat yayıb.
Polisin məlumatına görə, təyyarə ilə əlaqə yerli vaxtla saat 16:00 radələrində kəsildikdən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Təyyarənin qalıqları Zadar şəhərindən təxminən 60 kilometr şimal-şərqdə yerləşən Paklenitsa Milli Parkının dağlıq ərazisində aşkarlanıb.
Xorvatiya Dağ Xilasetmə Xidmətinin əməkdaşları saat 22:00 radələrində təyyarəni və iki nəfərin meyitini tapıblar.
Həlak olan şəxslərin vətəndaşlığı açıqlanmayıb. Polis qəzanın səbəblərini araşdırır.
12:44 22.08.2026
Oxunuş sayı: 50