Balidə turist Sükut Gününü təhqir etdiyi üçün bir il həbs cəzası alıb
Bali adasında 26 yaşlı İsveçrə vətəndaşı Sükut Günü qaydalarını pozaraq ənənəni təhqir etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Məlumata görə, turist villanın əməkdaşlarının xəbərdarlığına baxmayaraq, bayram zamanı küçəyə çıxıb. O, sahildə video çəkərək ənənəni “dəli” adlandırıb və söyüşlər işlədib.
Yerli sakinlərin şikayətlərindən sonra turist saxlanılıb. Məhkəmədə o, üzr istəyib və tətbiq olunan məhdudiyyətlərin sərtliyini anlamadığını bildirib.
Sükut Günü və ya Nyepi İndoneziyada dövlət bayramıdır. Bu gün ərzində insanların evdən çıxması, işləməsi, əylənməsi və internetdən istifadə etməsi qadağandır. Bayram müddətində Bali hava limanı da fəaliyyətini dayandırır.
11:27 22.08.2026
Oxunuş sayı: 51