Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub
Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.
Crossmedia.az xəbər verir ki, yığmanın aktivinə növbəti medalı Əli Baxışov yazdırıb.
60 kq-da çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.
Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıb.
Xatırladaq ki, Ə. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.
19:42 21.08.2026
Oxunuş sayı: 51