Meşənin ortasında gizli obyekt: Ukrayna kəşfiyyatından şok iddia
Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın Tver vilayətində təhlükəli virus və digər patogenlərin araşdırıldığı gizli bioloji laboratoriyalar kompleksinin fəaliyyət göstərdiyini iddia edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Kəşfiyyatın məlumatına görə, Vışnevolotsk su anbarındakı Lisiy adasında yerləşənobyekt rəsmi olaraq Eksperimental fiziologiya mərkəzi adı altında fəaliyyət göstərir və tədqiqatların Rusiya Silahlı Qüvvələrinin maraqları çərçivəsində aparıldığı bildirilir.
İdarə qeyd edib ki, 2023-cü ildən etibarən adanın ətrafındakı su hövzəsində balıq tutmaq, çimmək və qayıqla gəzinti qadağan edilib. Obyektin gücləndirilmiş mühafizə altında olduğu və hava hücumundan müdafiə sistemləri ilə qorunduğu da iddia olunur.
Ukrayna kəşfiyyatı xəbərdarlıq edib ki, təhlükəli maddələrin su anbarına düşməsi region üçün ciddi nəticələrə səbəb ola bilər.
18:45 21.08.2026
Oxunuş sayı: 47