Husilər Yəməndə PUA hücumu başlayıb
Yəmən hökumət qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Marib vilayətinin şimal-qərb cəbhəsində husilərin mövqelərinə zərbələr endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hökumət qüvvələrinə məxsus PUA-lar husilərin yerləşdiyi əraziləri hədəfə alıb. Hücumun nəticələri və itkilərlə bağlı əlavə məlumat verilməyib.
Yəməndə uzun illərdir davam edən münaqişədə hökumət qüvvələri ilə husilər arasında qarşıdurmalar davam edir. Marib bölgəsi strateji əhəmiyyətinə görə tərəflər arasında əsas döyüş zonalarından biri hesab olunur.
20:42 21.08.2026
Oxunuş sayı: 46