Ukrayna ordusunun Starlink imkanları ilə bağlı göstəriş verildiyi bildirilir
Ağ Evdən ABŞ Müdafiə Nazirliyinin rəhbərliyinə Ukrayna hərbçiləri üçün SpaceX şirkətinin Starshield xidmətlərinin göstərilməsinin məhdudlaşdırılması ilə bağlı göstəriş verildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinin sözlərinə görə, Pentaqon rəhbərliyinə şirkətin Ukrayna hərbçilərinə təqdim etdiyi Starshield xidmətlərinin göstərilməsinin ləngidilməsi barədə məlumat çatdırılıb.
Anonimlik şərti ilə danışan rəsmilər qərarı Ağ Evdə konkret olaraq kimin qəbul etdiyini və göstərişin icrasına kimin cavabdeh olduğunu açıqlamayıblar.
11:06 16.10.2026
Oxunuş sayı: 123