Türkiyə Netanyahunun beynəlxalq axtarışa verilməsini tələb edib
Türkiyənin Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun insanlıq əleyhinə cinayətlər və soyqırım ittihamları ilə beynəlxalq axtarışa verilməsi üçün İnterpola qırmızı bülleten göndərilməsini tələb edib.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
Gürlekin sözlərinə görə, İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsində Netanyahu və digər şəxslərin də daxil olduğu 35 təqsirləndirilən şəxslə bağlı məhkəmə prosesi davam edir.
Türkiyə Netanyahu və digər şəxsləri Qəzzaya humanitar yardım aparan Global Sumud Flotilla fəallarına qarşı əməliyyatla əlaqədar soyqırım, insanlıq əleyhinə cinayətlər və digər ağır hüquq pozuntularında ittiham edir. İyulun 14-də Netanyahu və Afek Moskoviç barədə həbs qərarı çıxarılmışdı.
18:12 21.08.2026
Oxunuş sayı: 30