Tramp Zelenskinin Starlink planına icazə vermədi
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün ˝Starlink˝ sistemindən istifadə etməsinə razılıq verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, Kiyev ˝Starlink˝lə təchiz olunmuş PUA-lardan Rusiya ərazisinin 200 kilometrədək dərinliyində yerləşən ballistik raket buraxılış qurğularına zərbələr endirmək istəyib. Bu məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski iyul ayında Trampdan İlon Maskla danışmasını istəyib.
Mənbələrin sözlərinə görə, Mask da nüvə eskalasiyası riskindən narahat olduğu üçün belə bir icazə verməyə meylli olmayıb.
18:51 21.08.2026
Oxunuş sayı: 60