CROSSMEDIA - Monteneqro Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Gündəm

Monteneqro Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Crossmedia.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Bu kədərli anlarda düşüncələrimiz Sizin, dost Azərbaycan xalqının və faciəvi hadisənin təsirinə məruz qalan insanların yanındadır. Sizinlə həmrəyik”.

14:47 28.12.2024

Oxunuş sayı: 3946

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR