Rusiya Şimali Koreyadan yeni ballistik raketlər alıb
Rusiya Şimali Koreyadan Hwasong-11C (KN-30) ballistik raketləri əldə edib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi bu barədə “Ukrainska Pravda”nın sorğusuna cavabında məlumat verib.
Ukrayna kəşfiyyatının məlumatına görə, 2026-cı ilin iyuluna olan vəziyyətə əsasən, Rusiyanın arsenalında Şimali Koreyaya məxsus KN-23, KN-24 və KN-30 tipli təxminən 50 ballistik raket olub. Hwasong-11C raketləri KN-30 kimi də tanınır.
Kəşfiyyat məlumatında həmçinin Rusiyanın təxminən 50 ədəd “Kinjal” raketinə malik olduğu bildirilib.
Qeyd edək ki, Ukrayna daha əvvəl Rusiyanın Şimali Koreya istehsalı KN-23 raketlərindən istifadə etdiyini açıqlamışdı.
12:08 21.08.2026
Oxunuş sayı: 54