"Qarabağ" "Tvente"yə qalib gəldi - YENİLƏNİB
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.
Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
23:25
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda hesab açılıb.
Crossmedia.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub - 1:0.
Kadi Borges 52-ci dəqiqədə fərqlənib.
22:52
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.(REPORT)
22:04
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək "Tvente" (Niderland) - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb.
Crossmedia.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
"Tvente" (əsas heyət): 1. Unnerştall, 28. Van Roy, 43. Nistad, 3. Pröpper (k), 29. Adelqard, 6. Zeruki, 42. Vaydman, 7. Pjaca, 11. Daan Rots, 9. Veqhorst, 27. Öryaseter.
Ehtiyat oyunçular: 16. Drommel, 22. Pasyer, 4. Kjölo, 10. Lammers, 12. Qilherme Peyşoto, 14. Hlinsson, 17. Torvaldsen, 19. Taha, 20. Van den Belt, 24. Kurovski, 25. Venneqor of Hesselink, 38. Bruns.
“Qarabağ: (əsas heyət): 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
***
Matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
23:54 20.08.2026
Oxunuş sayı: 191