Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Bordo mərhələsində mübarizəni dayandırıb
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Bordo mərhələsində mübarizəni başa vurub.
Crossmedia.az xəbər verir ki, "ağ-qaralar" 1/4 finalda İspaniya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 13:12.
Xatırladaq ki, "Neftçi SOCAR" qrup mərhələsində İtaliya yığmasına (16:18) uduzsa da, Çilini məğlub etmişdi - 21:17.
22:20 20.08.2026
Oxunuş sayı: 52