Zelenskidən Patriot çağırışı: Biz almağa hazırıq
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gecə həyata keçirilən hücum zamanı qanadlı raketlərin təxminən 90 faizi məhv edilib, lakin ballistik raketlərlə bağlı vəziyyət daha mürəkkəbdir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukrayna bütün səviyyələrdə tərəfdaşlarına “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərə ehtiyac olduğunu çatdırır.
O vurğulayıb ki, söhbət yalnız yardım almaqdan getmir: “Bu, Ukraynanın silah almağa hazır olması ilə bağlıdır”.
22:03 20.08.2026
Oxunuş sayı: 50