ABŞ İrana qarşı tarixdə ən sərt təcrid planını hazırlayır
ABŞ İranı iqtisadi cəhətdən təcrid etmək üçün genişmiqyaslı tədbirlər hazırlayır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Maliyyə naziri Skott Bessentin sözlərinə görə, Vaşinqton İranın neft satışını və maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün mümkün olan bütün addımları atacaq.
O bildirib ki, İranla sıx iqtisadi əməkdaşlığı davam etdirən ölkələrə qarşı da sanksiyalar tətbiq oluna bilər.
“Bu işləyəcək. Bu, Venesuelada blokada tətbiq etdikdən sonra işə yaradı. Hazırda Kubada da işləyir və İranda da işləyəcək. Biz bu rejimi dəyişəcəyik”, – deyə Bessent bildirib.
20:58 20.08.2026
Oxunuş sayı: 48