1000 dronlu əməliyyat: Ukraynanın Moskva planı üzə çıxdı
Ukrayna Moskvanın hava limanlarının fəaliyyətini dayandırmaq məqsədilə süni intellektlə idarə olunan pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırıb.
Crossmedia.az “The Atlantic” nəşrinə istinadən xəbər verir.
Nəşrin mənbələrinə görə, “M&Ms” kod adlı əməliyyat çərçivəsində gecə ərzində 1000-ə qədər ucuz PUA-nın buraxılması nəzərdə tutulub. Bildirilir ki, dronlar əvvəlcədən yüklənmiş xəritələr və hədəf görüntüləri əsasında müstəqil istiqamət tapa biləcəkdi.
İddialara əsasən, əməliyyatın əsas məqsədi Moskvanın hava məkanını uzun müddət mülki aviasiya üçün bağlamaq və Rusiya elitalarına təzyiqi artırmaq olub.
“The Atlantic”in mənbələri bildiriblər ki, Ukrayna Prezidenti Vladimir Zelenski mülki təyyarələr üçün risklərdən narahat olsa da, hazırlıqların davam etdirilməsinə icazə verib. Layihənin iyul ayında onun ehtimal edilən təşəbbüskarı, müdafiə naziri Mixail Fedorovun vəzifədən uzaqlaşdırılmasından sonra dayandırıldığı iddia olunur.
Mənbələrdən biri əməliyyatın texniki baxımdan təxminən üç ay ərzində yenidən bərpa oluna biləcəyini bildirib.
21:51 20.08.2026
Oxunuş sayı: 53