Bu məkanlarda çimən turistlər cərimələnə bilər
Avropada havaların həddindən artıq isti keçməsi turistləri sərinləmək üçün müxtəlif yerlərdə suya girməyə vadar edir. Lakin bəzi məşhur məkanlarda çimmək həm qadağandır, həm də ciddi cərimə ilə nəticələnə bilər.
Crossmedia.az xəbər verir ki, “Fodor’s” Avropada turistlərin suya girməsinin qadağan və ya təhlükəli olduğu məşhur məkanların siyahısını hazırlayıb.
1. Trevi fəvvarəsi – Roma, İtaliya
Burada çimməyə görə 450 avrodan başlayan cərimə tətbiq edilir. Qadağanı dəfələrlə pozanlara ömürlük giriş qadağası da qoyula bilər.
2. Böyük Kanal – Venesiya, İtaliya
Kanalda çimməyə görə 450 avro cərimə nəzərdə tutulur.
3. Amsterdam kanalları – Niderland
Burada çimməyə görə 140-170 avro arasında cərimə tətbiq oluna bilər.
4. Santo-Spirito meydanındakı fəvvarə – Florensiya, İtaliya
Qadağanın pozulmasına görə cərimənin məbləği obyektə vurulan zərərin dərəcəsindən asılıdır.
5. Trafalqar meydanındakı fəvvarələr – London, Böyük Britaniya
Burada xüsusi cərimə tətbiq edilməsə də, suyun çirkli olması səbəbindən çimmək tövsiyə edilmir.
6. Trokadero fəvvarələri – Paris, Fransa
Burada çimməyə görə cərimə 3 750 avroya qədər çata bilər.
7. Roma hamamları – Bat, Böyük Britaniya
Çimməyə görə cərimə olmasa da, suda sağlamlıq üçün təhlükəli maddələrin və toksinlərin olduğu bildirilir.
8. Riomaggiore limanı – Çinkve-Terre, İtaliya
Bura gəmiçilik üçün istifadə olunan kanaldır və çimmək nəzərdə tutulmayıb.
9. Palma dekorativ fəvvarələri – Mayorka, İspaniya
Qadağanı pozanlar 750 avroya qədər cərimələnə bilər.
10. Şpre çayı – Berlin, Almaniya
Çayda çimməyə icazə verilməsi ilə bağlı müzakirələr aparılsa da, suyun keyfiyyəti ilə əlaqədar uzun illərdir qüvvədə olan qadağa hələ də aradan qaldırılmayıb.
05:30 21.08.2026
Oxunuş sayı: 74