CROSSMEDIA - Təyyarə qəzasında yaralananlara yeni şəxsiyyət vəsiqəsi veriləcək
Gündəm

Təyyarə qəzasında yaralananlara yeni şəxsiyyət vəsiqəsi veriləcək

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar ASAN xidmət göstərilib.

Crossmedia.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.

“Yeni Klinika” tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

1406994

1406996

11:30 28.12.2024

Oxunuş sayı: 3657

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR