“Heroes” serialının ulduzu Hayden Panettiere 36 yaşında vəfat edib
“Heroes” və “Nashville” seriallarındakı rolları ilə tanınan amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, “Greenville County Coroner’s Office” bu barədə məlumat yayıb.
Məlumata görə, aktrisa avqustun 16-da ABŞ-nin Cənubi Karolina ştatının Qrinvil şəhərində müvəqqəti qaldığı evdə ürək tutması keçirib.
Təcili tibbi yardım əməkdaşları günorta saatlarında daxil olan 911 çağırışından sonra hadisə yerinə gəliblər. Panettiere evin içərisində hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Tibbi heyət ona ürək masajı və digər təcili tibbi yardım tədbirləri göstərib, lakin bütün müdaxilələrə baxmayaraq aktrisanı xilas etmək mümkün olmayıb. Onun 911 çağırışından təxminən 30 dəqiqə sonra öldüyü müəyyən edilib.
Bazar ertəsi aparılan yarılma zamanı Panettiere-nin ölümünə səbəb ola biləcək hər hansı travma izinə rast gəlinməyib. Bununla belə, əlavə müayinələrin nəticələri açıqlanana qədər rəsmi ölüm səbəbi və ölümün xarakteri müəyyən edilməyib.
Qrinvil polisi 911 çağırışının aktrisanın tanışı tərəfindən edildiyini bildirib. Həmin şəxsin kimliyi barədə məlumat açıqlanmayıb.
Hayden Panettiere “Heroes” serialında çirlider Kler Bennet, “Nashville” serialında isə kantri musiqisi ifaçısı Cülyett Barns obrazlarını canlandırması ilə geniş tanınıb.
14:57 18.08.2026
Oxunuş sayı: 47