Britaniyada nazirlərin telefon nömrələri internetə sızdı
Böyük Britaniyanın müdafiə naziri Vess Stritinqin telefon nömrəsi açıq internetdə aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bundan əlavə, ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya üzrə dövlət katibi Kris Brayanta məxsus telefon nömrələrinin də internetdə yayıldığı bildirilib.
Məlumatın yayılması Britaniya hökumətində yüksək vəzifəli şəxslərin şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
22:25 17.08.2026
Oxunuş sayı: 59