CROSSMEDIA - Beynəlxalq Dekolonizasiya Cəbhəsi: Bu sınaqda bizim düşüncələrimiz sizinlədir
Gündəm

Beynəlxalq Dekolonizasiya Cəbhəsi: Bu sınaqda bizim düşüncələrimiz sizinlədir

Beynəlxalq Dekolonizasiya Cəbhəsi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib.

Crossmedia.az xəbər verir ki, Azərbaycan dövləti və xalqına, təyyarə qəzası qurbanlarının ailələrinə və Bakı Təşəbbüs Qrupuna ünvanlanmış müraciətdə bildirilir ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi dekabrın 25-də baş vermiş faciədən dərindən kədərlənir.

“Son iki il ərzində beynəlxalq konfranslar sayəsində Azərbaycan xalqı, xüsusilə də Bakı Təşəbbüs Qrupu ilə qurduğumuz dostluq və əməkdaşlıq əlaqələri hazırkı ağrılı anlarda bizi daha da yaxınlaşdırır. Xalqın matəm etdiyi anda, biz həlak olanların yaxınlarına ən dərin baş sağlığımızı veririk. Bu başsağlığı vasitəsilə biz Azərbaycan vətəndaşlarının hər birinə səmimi dostluğumuzu və həmrəliyimizi çatdırmaq istəyirik. Bu sınaqda bizim düşüncələrimiz sizinlədir”, - bəyanatda bildirilib.

Bəyanatı Qaradərili Xalqlar Beynəlxalq Komitə (CİPN), Fos pou konstwi nasyon Gwadloup (FKNG), Boneyra İnsan Hüquqları Təşkilatı, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS), Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya Hərəkatının (MDES), Suveren Martinik naminə ekoloqlar və demokratlar Hərəkatı (MODEMAS), Qvadelupanın Təzminatlar naminə Beynəlxalq Hərəkatı (MIR-Guadeloupe), Nazione Hərəkatı, Pueblo Progresivo Uni Hərəkatı, Multikultural və proqressiv Yeni Kaledoniya, Vahid St. Martin Assosiasiyası, Qvadelupanın Kommunist Partiyası (PCG), Martinikin Azadlığı naminə Partiya (PALİMA), Pati Kominis pou Lendepandans ék Sosyalizm (PKLS), Fransız Polineziyasının Tavini Huiraatira partiyası, Kaledoniya Birliyi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) imzalayıblar.

07:52 28.12.2024

Oxunuş sayı: 3164

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR