CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

20:50 15.10.2026

Paşinyan sülhü ləngidir - sülh müqaviləsi 6 il sonra imzalanacaq

35

Azərbaycan-Ermənistan münasibətlərində sülh sazişinin imzalanması və ratifikasiyası regionun gələcək təhlükəsizliyi baxımından əsas məsələlərdən biri olaraq qalır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin razılaşdırılmış mətni paraflanıb, tərəflər isə sənədin imzalanması və ratifikasiyası üçün növbəti addımların atılmasının vacibliyini bəyan ediblər. Ermənistanın Baş naziri Nikol Paşinyan indi sazişin 2031-ci ilədək imzalanaraq ratifikasiya olunmasına nail olmağı qarşısına məqsəd qoyduğunu bildirib. Lakin Ermənistanın öhdəliklərini ödədikdən sonra bu il sülh müqaviləsinin imzalanması gözlənilirdi. Politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlamasında Paşinyanın bu bəyanatını Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasının yubadılması kimi qiymətləndirib. Politoloq hesab edir ki, sülh sazişinin imzalanmasını 2031-ci ilə qədər uzatmağa ehtiyac yoxdur. O, Paşinyanın açıqlamasının bir sıra suallar yaratdığını vurğulayıb: “Nikol Paşinyanın bu bəyanatı böyük suallar ortaya çıxarır. 2031-ci ilə qədər hadisələr dəyişə bilər. Əgər bunu bu gün etmək mümkündürsə, niyə daha altı il gözləmək lazımdır? Göründüyü kimi, Paşinyan sülh müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yubadır”.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR