CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ailə

12:30 02.10.2026

Həbsdən çıxmağa hazırlaşırdı, evə gedib anası və ögey atasını öldürdü DƏHŞƏTLİ QƏTL

46

Rusiyanın Ulyanovsk şəhərində narkotik və quldurluq cinayətlərinə görə həbsdə olan və yaxın zamanda azadlığa çıxan 35 yaşlı kişi anası və ögey atasına bıçaqla hücum edib. Hər iki şəxs aldığı xəsarətlərdən ölüb. Crossmedia.az xəbər verir ki, “112” “Telegram” kanalı bu barədə məlumat yayıb.Məlumata görə, hadisə oktyabrın 2-də səhər saat 06:00 radələrində baş verib. İlya M. valideynlərinin evinə gedib. Burada tərəflər arasında mübahisə yaranıb. Məlumata görə, hadisə oktyabrın 2-də səhər saat 06:00 radələrində baş verib. İlya M. valideynlərinin evinə gedib. Burada tərəflər arasında mübahisə yaranıb. Kişi əvvəlcə 78 yaşlı ögey atası Nikolay Q.-ya bıçaqla bir neçə zərbə endirib. Daha sonra 61 yaşlı anası Larisa M.-yə hücum edib. Hücum zamanı ögey ata evdən küçəyə çıxmağa nail olub. “SHOT”un məlumatına görə, kişi doqquz bıçaq xəsarəti almasına baxmayaraq dayanacağa qədər gedə bilib. Təcili tibbi yardım gələnədək şüuru açıq olan yaralıya göstərilən reanimasiya tədbirləri nəticə verməyib. Hücum edən şəxsin anası isə hadisə yerində ölüb. Faktla bağlı iki nəfərin qətli maddəsi ilə cinayət işi açılıb. Hazırda mübahisənin səbəbləri və hadisənin bütün halları araşdırılır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR