16:03 02.10.2026
Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir
48
Azərbaycanda aqrar sahədə dövlətin 32 vəzifəsi olacaq.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və ictimai müzakirəyə təqdim edilmiş "Aqrar sahə haqqında" yeni qanunun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmim vəzifələrə aşağıdakılardır:
- normativ tənzimləmənin həyata keçirilməsi;
- aqrar sahənin inkişafına dair dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;
- aqrar sahəyə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;
- aqrar sahə subyektlərinin, aqrar istehsal vasitələrinin və aqrar məhsulların uçotunun və qeydiyyatının təşkili;
- məhsuldarlığın, rəqabət qabiliyyətinin və istehsal səmərəliliyinin artırılması, habelə aqrar sahə subyektlərinin mənafeyinin qorunması ilə bağlı tədbirlərin görülməsi;