23:52 02.10.2026
Rusiya Ukraynanın Afrikadakı gizli fəaliyyəti barədə danışdı
47
Rusiya Hərbi-Diplomatik Təhlil və Qiymətləndirmə Mərkəzinin rəhbəri, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) veteranı Vladimir Vinokurov Ukrayna hərbi kəşfiyyatının Afrikada təxribat fəaliyyətini artırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Vinokurovun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 2023-2024-cü illərdən etibarən Afrikanı Rusiyanın hərbi və iqtisadi maraqlarına zərər vurmaq üçün əsas istiqamətlərdən biri kimi nəzərdən keçirir. O bildirib ki, bu fəaliyyət Ukrayna Silahlı Qüvvələrinin nizami bölmələri birbaşa cəlb edilmədən həyata keçirilir.