CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: 3946 manat

14:43 05.11.2026

Azərbaycanda analıq müavinəti 3946 manata çatacaq

371

Gələn il hamiləliyə və doğuma görə adambaşına müavinət xərci 3946,16 manat olacaq. Crossmedia.az xəbər verir ki, bu, 2027-ci il Büdcə Zərfində əksini tapıb. Əvvəlki illər üzrə formalaşmış tendensiyaya əsasən məcburi dövlət sosial sığorta haqları üzrə müavinətlərin tərkibində ən yüksək həcmə və xüsusi çəkiyə malik olmuş hamiləliyə və doğuma görə müavinətlər növbəti büdcə ilində 77,34 mln. manat səviyyəsində proqnozlaşdırılıb. Proqnozlaşdırılmış xərc 2025-ci illə müqayisədə 19,8%, cari ilin proqnozuna nəzərən 8,9%, ilin sonuna gözlənilən icrayla müqayisədə isə 10,2% artım tempinə malikdir. Cari ilin I yarımillik dövründə müvafiq müavinət növü üzrə xərc cari ilin proqnoz göstəricisinin 43,3%-i, 9 aylıq gözlənilən icranın 62,8%-i, ilin sonuna gözlənilən icranın isə 43,8%-i səviyyəsindədir. 2025-ci ildə 19112 nəfərə 64,57 41 mln. manat vəsait xərc edilmiş və orta hesabla adambaşına 3378,29 manat müavinət ödənilib. Cari 2026-cı ildə isə 19322 nəfərə 70,16 mln. manat vəsait ödənişi gözlənilir. Bu da cari il üzrə hər adambaşına orta hesabla 3631,25 manat məbləğində müavinət xərci deməkdir. Növbəti ildə isə proqnozlaşdırılmış sığortaolunan sayı 19599 nəfər, vəsait 77,34 mln. manat olmasını diqqətə alaraq növbəti ildə adambaşına düşən müavinət xərci 3946,16 manat səviyyəsində proqnozlaşdırılıb.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər