Almaniya təyyarəsi Seyşellərdə bir neçə gündür hərəkətsizdir
Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Bombardier Global 5000” tipli hökumət təyyarəsi texniki nasazlıq səbəbindən Seyşel adalarında məcburi eniş edib.
Crossmedia.az xəbər verir ki, “Bild” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, təyyarə avqustun 11-dən Seyşel adalarında qalıb. Təyyarə Misirin Luksor şəhərindən Hind okeanındakı Fransanın Reyunyon adasına təlim uçuşu həyata keçirərkən texniki problem yaranıb və ekipaj təcili eniş etmək məcburiyyətində qalıb. Ekipaj üzvlərinin xəsarət almadığı, təyyarənin təmirini gözlədikləri bildirilir. İlkin məlumata görə, təyyarənin göyərtəsində siyasətçilər olmayıb.
22:54 16.08.2026
Oxunuş sayı: 61