Somali sahillərində qaçırılan gəmidə faciə yaşandı
Somali sahillərində qaçırılan gəmidə girov saxlanılan 10 pakistanlı ekipaj üzvündən 4-ü azad edilib və onların şənbə günü Kəraçiyə çatacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, Pakistan tərəfi hadisə ilə bağlı məlumat yayıb.
Məlumata görə, gəminin 10 pakistanlı ekipaj üzvündən 3-ü həlak olub. Kapitan da daxil olmaqla daha 4 ekipaj üzvü isə hələ də gəmidə qalır.
Onların azad edilməsi üçün səylərin davam etdiyi bildirilib.
19:46 02.10.2026
Oxunuş sayı: 41